SEPAH komandirindən məsullara ittiham: “Övladları Amerika və Kanadaya sığınıb”

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru Əməliyyatlar İdarəsinin komandiri Mürtəza Miriyan İran televiziyasına müsahibəsində hökumət məsulları və rəsmilərin 4 min övladının Amerika və Kanadada yaşadıqlarını deyib.

Mürtəza Miriyan məsulların idarəetmə üsulunu tənqid edib.
O, övladları qərbdə yaşayan məsulların tanıdılması və onların vəzifədən azad edilmələrinin vacibliyini bildirib.
Hökumətə yaxın media və sosial şəbəkə istifadəçiləri SEPAH komandirinin dediklərini əsassız iddia adlandırıb və bunun üçün faktlar ortaya qoymasını istəyiblər.
Bundan öncə İran rəsmilərinin övladlarının qərb ölkələrində dəbdəbəli həyat sürdükləri ilə bağlı çoxsaylı məlumatlar yayılıb.
İran müxalifəti başda Amerika və Kanada olmaqla bir sıra qərb ölkələrini İran xalqlarına məxsus pulları cəlb etmək üçün Tehran hökumətinin övladlarına müddətsiz viza və oturum verməkdə ittiham ediblər.