Azərbaycan və İran arasında təbii qazla bağlı memorandum imzalanıb

Azərbaycan və İran arasında təbii qaz sahəsində əməkdaşlıqla bağlı memorandum imzalanıb
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.
“İran İslam Respublikasının neft naziri Cavad Övci ilə ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti və inkişafı barədə danışdıq. İranın Neft Nazirliyi ilə imzaladığımız memorandum ölkələrimiz arasında təbii qaz sahəsində əməkdaşlığın genişlənməsinə fayda verəcək”, – deyə nazir qeyd edib.