İran vətəndaşı latın qrafikası ilə türkcə yazdığı üçün 17 il həbsə məhkum edilib

İran vətəndaşı türkcəni latın qrafikası ilə yazdığına görə 17 il həbs cəzasına məhkum edilib.

Bu barədə vəkil Sina Yusefi məlumat verib.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini olan hüquqşünas öz şəxsi Twitter hesabında yazıb:

“Bir müddət əvvəl ümumilikdə 17 il həbsə və iki il sürgünə məhkum edilmiş müvəkkilimin işi ilə tanış olmaq üçün Evin Həbsxanasındakı Şəhid Müqəddəs Məhkəməsinə getdim. Qalın, çoxcildlik bir dosye gözləyirdim, ancaq bütün dosye 32 səhifə idi. Məhkəmənin qərar verərkən istinad etdiyi yeganə səbəb aşağıdakı hesabat idi:

Müttəhim gündəliyində latın qrafikası ilə türkcə yazıb ki, bu da ölkənin rəsmi dilinə qarşı üsyanın göstəricisidir”.

Azərbaycanlı vəkil məsələ ilə bağlı daha geniş detal verməyib.

İlgili xəbərlər