Güney azərbaycanlı fəal Əkbər Əbülzadə həbs olunub

İyunun 7-i yerli vaxtla səhər saat 10:30 radələrində Əhər şəhərində yaşayan milli fəal Əkbər Əbülzadə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Bu barədə fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün instaqram səhifəsində məlumat verib.

İlk paylaşımında həbsin səbəbləri barədə məlumat verilmədiyini bildirən xanım Xudakərəmi növbəti paylaşımında yoldaşının həbsxanadan telefonla əlaqə saxladığını və həbsin nədənini açıqladığını yazıb.

, tutuqlanmanın fəalın yana məhkum edilməsi ilə bağlı olduğunu ehtimal edildiyini yazan

Qısa telefon danışığında Əkbər Əbülzadə tutuqlanma nədəninin 2015-ci ildə İran televiziyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün məhkum olduğu 10 aylıq həbs cəzası olduğunu bildirib.

Milli fəal 1 sentyabr 2018-ci ildə Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə aksiyalarda iştirak etdiyinə görə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

Əkbər Əbülzadə fəaliyyətlərinə görə, daha əvvəl də dəfələrlə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

İlgili xəbərlər