İranda qatar qəzasında ölənlərin sayı 22-yə çatıb

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan əyalətində bu gün səhər saatlarında baş verən qatar qəzası nəticəsində ölənlərin sayı 22 nəfərə yüksəlib.

Məlumata görə, yerli vaxtla saat 05:30 radələrində Təbəs ərazisində 420 sərnişini olan Məşhəd-Yəzd qatarı ekskavatorla toqquşduqdan sonra reysdən çıxıb. Hadisədə yaralıların sayının  isə 86 nəfər olduğu bildirilib.

Cənubi Xorasan Ədliyyəsinin rəisi qatarın aşması hadisəsində təqsirli bilinən 6 nəfərin həbsinə qərar verildiyini açıqlayıb.

İranın Böhran İdarə Etmə Qərargahının rəhbəri Məhəmməd Həsən Nami hadisənin qəsdən törədildiyini və ya terror aktı olduğunu təkzib edib.

İlgili xəbərlər