Beynəlxalq Atom Enerjisi Agentliyi İrana qarşı qətnamə qəbul edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin(MAQATE) Rəhbərlər şurası səs çoxluğu ilə İranı qınayan qətnamə qəbul edib.

 İslam Respublikası Beynəlxalq Atom Agentliyinə üç mübahisəli ərazidə(Parçin, Turquzabad və Mərivan) uran hissəciklərinin mənşəyi haqqında etibarlı məlumat verməməkdə ittiham olunur.

Amerika və üç Avropa ölkəsi olan Almaniya, İngiltərə və Fransanın təqdim etdiyi qətnaməyə 30 ölkə müsbət səs verərkən, Çin və Rusiya mənfi səs verib.

Hind, Pakistan və Liviya isə çəkimsər qalıblar.

Sənəddə İrandan öhdəliklərinə əməl etməsi və qaranlıq qalan məsələlərlə bağlı dərhal agentliyin suallarına cavab verməsi tələb olunur.

Qətnamənin qəbulundan bir neçə saat əvvəl İranın Atom Enerjisi Təşkilatı bəyanat yayaraq İranda MAQATE-nin iki əlavə kamerasının bağlandığını açıqlayıb.

Təşkilat bildirib ki, bu kameraların fəaliyyətinin dayandırılması Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın xoş niyyətini təqdir etmək əvəzinə, bu əməkdaşlığı İranın vəzifəsi hesab etməsi ilə bağlıdır.

“Agentliyin mövcud kameralarının 80 faizindən çoxu öncəki kimi işləməyə davam edəcək,” deyə bəyanatda bildirilib.

İlgili xəbərlər