Şərqi Azərbaycan rəsmisi: əyalətin sənaye müəssisələrinə haqsızlıq edilir

Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət idarəsinin başçısı Sabir Pərniyan elektrik tədarükündə əyalətin iri sənaye müəssisələrinə qarşı haqsızlıq edildiyini deyib.
O bildirib ki, Tehranın sənaye şəhərciklərində həftədə bir dəfə elektrik kəsintisi olduğu halda bu Şərqi Azərbaycanda həftədə iki gün olur.
Polad sənayesi sahəsində Şərqi Azərbaycanın ölkədə üçüncü yeri tutduğunu qeyd edən rəsmi əlavə edib ki, polad istehsalının 24%-i, ixracının isə 15%-i Şərqi Azərbaycan əyalətində həyata keçirilir.
Pərniyan qarşıdakı üç ay üçün Şərqi Azərbaycana elektrik enerjisinin ayrılmasının digər əyalətlərlə müqayisədə tamamilə ədalətsiz olduğuna diqqət çəkərək vurğulayıb: “Kəsintilər baş verərsə, bütün polad zavodları və Sofiyan sement zavodu tamamilə bağlanacaq.
Sənaye , Mədən və Ticarət idarəsinin rəsmisi buna qarşı çıxacaqlarını və Şərqi Azərbaycan sənayesinin haqqını müdafiə edəcəklərini bildirib.
Şərqi Azərbaycan sənayesinə ayrılan elektrik enerjisi başqa əyalətlərdə olduğu kimi ədalətli olmalı, adam başına düşən sənaye payına uyğunlaşdırılmalıdır”-deyə, Pərniyan vurğulayıb.