Təbriz Universiteti 3-cü dönəm türk dili və ədəbiyyatı məzunlarını yola salıb

2016-cı ildə təsis edilmiş Təbriz Universitetinin Türk Dili və Ədəbiyyatı bölümü 3-cü dönəm məzunlarını yola salıb.
Yerli medianın verdiyi məlumata görə, 2018-ci ildə təhsilə başlayan öyrəncilərin buraxılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Türk Dili Və Ədəbiyyatı bölməsinin başçısı Məhbub Taleyi təsis olunmasından 6 il keçməsinə baxmayaraq bu fənnə yetərincə qayğı göstərilmədiyini, müəllimlərin işə alınması, eləcə də fənn üzrə yüksək lisans pilləsinin yaradılması qarşısında maneələr yaradıldığını deyib.
Mərasimdə çıxış edən Fars Dili və Ədəbiyyatı və Xarici Dillər Fakültəsinin başçısı Məhəmməd Mehdipur isə qondarma “azəri” sözünün yerinə türk dili və ədəbiyyatı sözünün yayğınlaşmasını, bu fənnin tədrisi üçün müəllim heyətinin cəlb olunmasını, eləcə də fənn üzrə yüksək lisans pilləsinin yaradılmasını başçılıq etdiyi fakültənin prioritetləri arasında olduğunu bildirib.