Venesuela Prezidenti İrana səfər edib

Geniştərkibli nümayəndə heyətinə rəhbərlik edən Venesuela Prezidenti Nikolas Maduro İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

İki günlük səfər çərçivəsində iki ölkə arasında enerji və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanacaq.

ABŞ-ın sanksiyalarına məruz qalan hər iki ölkə keçən ildən etibarən əməkdaşlıqlarını daha da artırıblar.

Mayın ortalarında İranın neft naziri Cavad Ovci Nikolas Maduro ilə görüşmək və venesuelalı həmkarı Tareck El Aissami ilə ticarət sazişlərini müzakirə etmək üçün Karakasa səfər edib.

Dövlətə məxsus Petróleos de Venezuela(PDVSA) şirkətinin sənədləri göstərir ki, Venesuela yerli neftayırma zavodlarının ehtiyacını qarşılamaq üçün İrandan ağır xam neft idxal etməyə başlayıb.

Venesuela həmçinin son illərdə İslam Respublikası ilə dostluq və əməkdaşlıq müqavilələri çərçivəsində neftayırma zavodlarını modernləşdirmək məqsədilə İrandan avadanlıq alıb.

İlgili xəbərlər