İran və Venesuela 20 illik strateji əməkdaşlıq anlaşması imzalayıb

Venesuela prezidenti Nikolas Maduronun Tehran təmasları çərçivəsində iki ölkə arasında 20 illik Hərtərəfli Strateji Əməkdaşlıq anlaşması və bir sıra sazişlər imzalanıb.
İmzalanan sənədlər siyasi, mədəniyyət, iqtisadiyyat, neft, neft-kimya və turizm sahələrini əhatə edir.
Maduro iki günlük rəsmi səfər üçün dünən axşam saatlarında Tehrana gedib. Maduronu Tehran səfərində böyük bir nümayəndə heyəti müşayiət edir.
ABŞ-ın sanksiyalarına məruz qalan hər iki ölkə keçən ildən etibarən əməkdaşlıqlarını daha da artırıblar.
Venesuela son illərdə İslam Respublikası ilə dostluq və əməkdaşlıq müqavilələri çərçivəsində neftayırma zavodlarını modernləşdirmək məqsədilə İrandan avadanlıq alıb.