İranda etirazlar, tətillər geniş vüsət alır

İranın müxtəlif şəhərlərində təqaüdçülərin etiraz aksiyası davam edərkən, etirazlar digər ictimai qruplara da yayılıb.

Tehranın bəzi yerlərində, eləcə də Ərak bazarında keçirilən tətil aksiyasından bir gün sonra, bu gün Fars əyalətinin Kazerun şəhərinin tacirləri, eləcə də Tehranın “Lalezar” və “Əmin Hüzur” küçəsində mağaza sahibləri etirazlara qoşulublar.

Vergilərin artması Bazarın və xırda biznes sahiblərinin tətil aksiyasının səbəbi olaraq göstərilib.

Dünən mağaza sahibləri və iş adamları Tehranın “Əmin Hüzur” üç yolunda toplaşaraq etiraz aksiyası keçirdilər. Bu gün də Tehranın müxtəlif bölgələrində, o cümlədən “Əmin Hüzur” üçyolu və Laləzar məntəqəsində mağaza sahibləri dükanlarını bağlayıb və hökumətə qarşı şüarlar səsləndirib.

 

 

 

Yayılan videolarda Tehranda təhlükəsizlik qüvvələrinin aksiyaçılara qarşı güc tətbiq etdiyi göstərilir.

Aksiyaçılar həmçinin “bağlayın, bağlayın” şüarları səsləndirərək başqa mağaza yiyələrini də onlarla həmrəy olmağa çağırıblar.

İranın Xuzistan əyalətində də mətkəbəqədər uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlər etiraz aksiyası keçiriblər.

Narazı müəllimlər maaşlarının azlığına və güzəranlarının aşağı olmasına etiraz etmək üçün Xuzistan Təhsil Baş İdarəsinin binası önünə toplaşıblar.

Sosial şəbəkələrdə yayılan videolara əsasən, Tehranın “Tərbiət Modarres” Universitetinin öyrənciləri də bu gün etiraz aksiyası keçirib.

Öyrəncilər universitetin mərkəzi binası qarşısına toplaşaraq göstərilən xidmət səviyyəsinin və tələbələrin məişət vəziyyətlərinin əlverişsiz olduğuna, universitet rəsmilərinin bu vəziyyətə diqqət yetirmədiyinə etiraz ediblər.

İlgili xəbərlər