İranda Sepah və Müdafiə Nazirliyinin iki əməkdaşı öldürülüb

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Aerokosmik Qoşunlarının zabiti Əli Kəmani və müdafiə nazirliyinin əməkdaşı Məhəmməd Əbdus müəmmalı şəkildə ölüb.

Bu barədə İranına  hərbi və təhlükəsizlik xidmətinə yaxın mənbələr bildirib.

Məlumata əsasən, leytenant Əli Kəmani İranın Mərkəzi əyalətinin Xomeyn bölgəsində ezamiyyətdə ikən avtomobil qəzasında həyatını itirib. Açıqlamada o, şəhid adlandırılıb.

İranın müdafiə nazirliyi isə bəyanat yayaraq bildirib ki, nazirliyin əməkdaşı olan Məhəmməd Əbdus  İranın Semnan əyalətində xidməti vəzifəsini icra edən zaman ölüb.

O, da şəhid kimi təqdim olunub.

Həmin şəxslərin ölümünün təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, son bir neçə ay ərzində İranın müxtəlif şəhərlərində Sepah-ın zabitləri, eləcə də İranın hərbi proqramlarının inkişafı sahəsində fəaliyyət göstərən şəxslərin müxtəlif səbəblərdən öldüyünə dair məlumatlar yayılıb.

Son günlərdə İranın raket və PUA proqramının mütəxəssisi kimi təqdim olunan Əyyub İntizari və İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qolunun zabitlərindən Əli İsmayılzadənin də öldüyünə dair məlumat yayılmışdı.

Daha əvvəl isə Qüds qüvvələrinin polkovniki Səyyad Xudayi Tehranda güllələnərək öldürülmüşdü.

Məlumata görə, motosikletdə olan iki nəfər yaxın məsafədən, vaxtilə Suriyada fəaliyyət göstərmiş polkovnikə atəş açaraq qaçıblar.

İlgili xəbərlər