İran: Yunanıstan saxladığı neft tankerini azad edib

İranın Limanlar və Dənizçilik Təşkilatı Yunanıstan tərəfindən saxlanılan İran bayrağı altında hərəkət edən neft gəmisinin azad edildiyini açıqlayıb.
Qurumun yazılı açıqlamasında saxlanılan İran bayraqlı tankerin son durumuna diqqət çəkilərək, “İran İslam Respublikasının sürətli və etkili hərəkəti ilə yükün sahibinə qaytarılmasına qərar verildi və Yunanıstan bu qərarın artıq icrasına başlayıb,” deyə bildirilir.
Açıqlamada Yunanıstan hökumətinin İran qurumlarının səyləri nəticəsində gəmini sərbəst buraxdığı bildirilib.
Daşınan neftin sahibinə qaytarılması qərarına toxunan açıqlamada, “ABŞ-ın gəminin saxlanılması və malların müsadirə edilməsi tələbinə və ABŞ ilə Yunanıstan arasında hüquqi yardım müqaviləsinə baxmayaraq, nəhayət yükün sahibinə qaytarılması qərarı verildi,” ifadələri yer alıb.
İranın Limanlar və Dənizçilik təşkilatı mayın 25-də əlverişsiz hava şəraiti və texniki nasazlıqlar səbəbindən Yunanıstan sahillərinə sığınan İran bayraqlı gəminin saxlanıldığı və ABŞ-ın tələbi ilə gəminin daşıdığı neftin ələ keçirildiyini açıqlamışdı.
Buna cavab olaraq Tehran hökuməti, körfəzdə Yunanıstan aid Prudent Warrior və Delta Poseidon neft tankerlərini təxminən 1,8 milyon barel neft ilə birlikdə saxlamışdı.
Bundan sonra Yunan məhkəməsi İranın mövzu ilə bağlı etirazlarını qəbul edərək, Lana tankerindən 115 min ton neftin müsadirə edilərək başqa bir gəmiyə köçürülməsi qərarını ləğv etdi.