İranda natrium karbonat zavodunda partlayış: 130-dan çox yaralı var

İyunun 13-də İranın Fars əyalətinin Firuzabad şəhərinin natrium karbonat zavodunda baş verən partlayış və zəhərli qazların yayılması nəticəsində azı 133 nəfərin xəsarət aldığı bildirilir.

Zəhərli qaz sızması səbəbindən Cəm şəhərindən Firuzabada gedən yolun 40 kilometrlik bir hissəsi bir neçə saatlıq bağlanıb.

Sosial mediada hadisə nəticəsində çox sayda insanın öldüyü iddiaları yayılsa da rəsmi qaynaqlar bunu təkzib edib.

Rəsmi açıqlamaya görə hadisə yerli vatla saat 16:35-də azot sızması və birləşdirici borunun partlaması nəticəsində baş verib ki, bu da “azot çənlərindən birində yanğına səbəb olub.

Son illər İranın neft-kimya komplekslərində, neft emalı zavodlarında və digər neft müəssisələrində çoxlu oxşar qəzalar baş verib və bu qəzaların əsas səbəbi kimi avadanlıqların köhnəlməsi və ya keyfiyyətinin aşağı olması göstərilib.

 

İlgili xəbərlər