Güney azərbaycanlı şagirdlər təhsildə dil seçimi azadlığı üçün kampaniya başladıb

Güney Azərbaycanın Kəleybər bölgəsindən olan bir qrup öyrənci  ibtidai və orta məktəblərdə ikinci və üçüncü dil öyrənilməsində seçim azadlığını tələb edən kampaniya başladıblar.

İranın Təhsil Naziri Yusif Nuriyə yazılan məktubda şagirdlər məktəb və liseylərdə tədris olunan ikinci və ya üçüncü dillərini seçməkdə azad olmalarını tələb ediblər.

Onlar xahiş ediblər ki, şagirdlərə sevdikləri dillərdən birini, “o cümlədən İstanbul türkcəsi, ingilis, ərəb, alman və ya fransız dillərini” seçmək hüququ tanınsın.

Öyrəncilər məktəblərdə məcburi tədris olunan ərəbcənin heç də bütün şagirdlər tərəfindən sevilmədiyinə diqqət çəkiblər.

İlgili xəbərlər