İran və Türkmənistan 20 illik strateji əməkdaşlıq üçün yol xəritəsi hazırlayacaq

 

İran və Türkmənistan arasında 9 əməkdaşlıq sazişi imzalanıb.

İmzalanma mərasimi iki ölkənin prezidentlərinin iştirakı ilə Tehranda baş tutub.

İran mətbuatının məlumatına görə, Sədabad kompleksində keçirilən rəsmi qarşılanma mərasimindən sonra İran və Türkmənistan nazirləri arasında tranzit daşımaların inkişafı, elmi və mədəni əlaqələrin genişləndirilməsi, ətraf mühitin qorunması, mədəniyyət və ticarət sahələrində qarşılıqlı əməkdaşlıq sənədləri imzalanıb.

İmzalanma mərasimindən sonra İran və Türkmənistan prezidentləri İbrahim Rəisi və Serdar Berdi Məhəmmədov birgə mətbuat konfransında iştirak ediblər.

İbrahim Rəisi bildirib ki, Xəzəryanı ölkələrlə əməkdaşlığı inkişaf etdirmək İranın xarici siyasətinin prioritetlərindəndir.

“İran və Türkmənistan arasında əlaqələrin inkişaf etdirilməsi regional və beynəlxalq əməkdaşlığa zəmin yaradacaq”.

Rəisi deyib ki, iki ölkə 20 illik strateji əməkdaşlıq üçün yol xəritəsi hazırlanması barədə qərar qəbul edib.

Türkmənistan prezidenti İbrahim Rəisinin rəsmi dəvəti ilə dünən (çərşənbə axşamı) siyasi və iqtisadi rəsmilərdən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə Tehrana gəlib.

Bu, Berdiməhəmmədovun Türkmənistan prezidentliyinə seçildiyindən sonra Tehrana ilk səfəridir.

 

İlgili xəbərlər