Tehranda Azərbaycana qarşı aksiya keçirilib

İyunun 15-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyi qarşısında Sepah-ın təşəbbüsü ilə aksiya təşkil olunub.

Tehran universitetlərinin yarı-hərbi Bəsic təşkilatı tərəfindən keçirilən aksiyada Azərbaycan əleyhinə şüarlar səsləndirilib.

Aksiyaya qoşulan Bəsic üzvləri Azərbaycan Respublikasında həbsdə olan İrana bağlı olduğu bildirilən radikal molla Taleh Bağırzadəyə dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, iyunun 13-də bənzər aksiya Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında da keçirilib.

 

İlgili xəbərlər