ABŞ-ın İranın neft-kimya sənayesinə qarşı sanksiyalarında Çin və BƏƏ hədəfdə

 

ABŞ Maliyyə Nazirliyi İranın neft-kimya sənayesini hədəfə alaraq, bu məhsulların ixracına yardımçı olan Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran şirkətləri ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Honq-Konqda yerləşən 2, İranda yerləşən 3 və BƏƏ-dən 4 şirkətə sanksiya tətbiq edildiyi bildirilib.

Nazirlik həmçinin bildirib ki, Çin vətəndaşı Jinfeng Gao və hindistanlı Mohammed Shaheed Ruknooddin Bhore adlı şəxslərə qarşı da sanksiyalar tətbiq edib.

Sanksiyaya məruz qalan Çin və BƏƏ şirkətləri arasında Honq-Konqda yerləşən Keen Well International Limited və Triliance Petrochemical Co. Ltd, BƏƏ-də yerləşən GX Shipping FZE, Future Gate Fuel and Petrochemical Trading L.L.C, Sky Zone Trading FZE və Youchem General Trading FZE adlı şirkətlərin olduğu bildirilir:

“Bu şəbəkə İrana neft-kimya məhsullarının satışında sanksiyalardan yayınmağa kömək edir”.

Xəzinədarlıq nazirliyi bu şirkətləri “İran neft-kimya məhsullarının xaricə satışında vasitəçilik edən müəssisələr” kimi təqdim edərək əlavə edib: “Bu şəbəkə İran neft-kimya məhsullarının Çin və Şərqi Asiyadakı digər müştərilərə satışını dəstəkləyərək sanksiyaları pozub,” – deyə bəyanatda bildirib.

İlgili xəbərlər