Sepah generalı: Xamenei nəvəmə şəfa verdi

İran lideri Əli Xameneinin ali müşaviri, Sepah-ın keçmiş komandiri general-mayor Yəhya Rəhim Səfəvi qəribə iddiası ilə gündəmə gəlib.

AJA Komandanlıq və Qərargah Universitetində çıxış edən Rəhim Səfəvi Xameneinin nəvəsinə şəfa verdiyini iddia edib: “Neçə günlük nəvəm sarılıq keçirdi, bir çox həkimə müraciət etdik, nəhayət dedilər ki, qanı dəyişdirilməlidir… mən ağadan (Xamenei) dua etməsini istədim… qəndə quran ayələri oxuyub üfürdü…”

General həmin qəndi nəvəsinə yedizdirdikdən sonra onun sağaldığını iddia edib.

Xameneinin çevrəsi onu müqəddəsləşdirmək üçün daha əvvəl də bənzər qeyri-adi iddialar irəli sürüblər.

İlgili xəbərlər