BMT İrandan siyasi məhbusları azadlığa buraxmağı tələb edən qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında bu gün qətnamə qəbul edərək İrandan siyasi məhbusları azadlığa buraxmasını tələb edib.
Qətnamədə İrandan özəlliklə 2019-cu ilin noyabr ayında baş tutan etirazlar zamanı tutulanların azadlığa buraxılmasını istəyib.
Qətnamədə həmçinin vətəndaş cəmiyyəti fəallarına qarşı ədalətsiz və ağır cəzaların çıxarılmasına son qoyulması tələb edilir.
79 ölkə qətnamənin lehinə, 30 ölkə əleyhinə səs verib. 71 ölkə isə səsvermədə iştirak etməyib.
Suriya, Türkmənistan, Şimali Koreya, İraq, Hindistan, Çin və Rusiya qətnamənin əleyhinə səs verən ölkələr arasındadır.
Vətəndaşların sivil etirazlarına imkan yaradılması, jurnalistlərə, etirazları işıqlandıran mətbuat orqanlarının əməkdaşlarına və BMT-nin insan haqları mexanizmi ilə əməkdaşlıq edənlərə qarşı təzyiqlərə son verilməsi kimi tələblər də sənəddə qeyd edilib.
Qətnamədə, həmçinin İrandan xarici vətəndaşlar və ikili vətəndaşların qanunsuz və sistematik şəkildə həbs edilməsi, eləcə də cinayət törədərkən 18 yaşdan kiçik uşaqların edam edilməsi kimi halları dayandırması tələb edilir.
Qeyd edək ki, daha əvvəl BMT-nin müstəqil mütəxəssisləri və hüquqşünasları İranda keçirilən sivil etirazların qəddarlıqla yatırılmasını qınayan bəyanat yayıblar.
Bəyanatda rejimin müəllimlərin, işçilərin və həmkarlar ittifaqı fəallarının hüquqlarını müdafiə edənlərin, vəkillərin, insan haqları fəallarının və başqa vətəndaş cəmiyyəti aktivistlərinin qanunsuz həbsinin artmasından narahatlıq ifadə edilir.