Ermənistan Təbrizdə baş konsulluq açmaq istəyir

Ermənistan parlamentinin sədri İranın xarici işlər naziri ilə görüşündə Təbrizdə konsulluq yaratmağa hazır olduqlarını açıqlayıb.

İRNA-nın məlumatına görə, İran məclisinin sədrinin dəvəti ilə Tehranda olan Ermənistan parlamentinin sədri Alan Simonian İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.

Bu görüşdə erməni rəsmisi İran İslam Respublikasının Sünik vilayətində baş konsulluğunun açılmasını iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirib və Ermənistanın Təbrizdə Baş Konsulluğunun yaradılmasına hazır olduğunu açıqlayıb.

Görüşdə Əmir Abdullahiyan Ermənistanı İranın mühüm dostu və qonşusu adlandırıb və iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrə toxunaraq, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və iki ölkənin müxtəlif imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb.

İranın xarici işlər naziri Tehranın Ermənistanla ticarəti təşviq etməyə hazır olduğunu, illik ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq istədiyini bildirib.

Əmir Abdullahiyan “enerji” və “nəqliyyat”ı  iki ölkə arasında iki mühüm əməkdaşlıq sahəsi adlandırıb və bildirib ki, Ermənistan Cənub-Şimal dəhlizi kimi tanınan körfəz-Qara Dəniz beynəlxalq dəhlizinin ayrılmaz hissəsidir.

O əlavə edib ki, İran şirkətləri Ermənistanda xüsusilə nəqliyyat sahəsində olan infrastruktur layihələrini tamamlamağa hazırdır.

İlgili xəbərlər