İsrail: İran 48 saat ərzində Türkiyədə İsrail vətəndaşlarına qarşı terror törətməyi planlaşdırır

İsrail təhlükəsizlik rəsmiləri bildiriblər ki, İran hökuməti gələn 48 saat ərzində Türkiyədə İsrail vətəndaşlarına qarşı terror aktı törətməyi planlaşdırır.
Mərkəzi Londonda olan “İran İnternational” televiziyasının verdiyi xəbərə əsasən, İsrail Türkiyədə olan vətəndaşlarından hotellərini tərk etməməyi istəyib.
Məlumata əsasən, hazırda Türkiyədə 2000 İsrail vətəndaşı var. İsrailli mənbələr terror planına bir başa Sepah-ın Təhlükəsizlik Təşkilatının rəhbəri Hüseyn Taebin nəzarət etdiyini bildiriblər.
Qeyd edək ki, bəzi yüksək rütbəli Sepah üzvlərinin öldürülməsindən sonra Tehran-Təl-Əviv xəttində gərginlik artarkən, İsrail rəhbərliyi ötən həftə öz vətəndaşlarına “Türkiyəyə getməyin, İran tərəfindən öldürülə bilərsiniz” xəbərdarlığını verib.