Ərdəbildə məhbus fəallara dəstək pankartı asılıb

Ərdəbil şəhərində güney azərbaycanlı məhbus fəalların fotoları əks olunan pankart asılıb.
Şəhərin milli fəallarının asdığı pankartda həmçinin barələrində həbs cəzası çıxarılmış fəalların da fotoları əks olunub.
“Azərbaycan xalqı hər bir azərbaycanlının vücudunun bütün hüceyrələri ilə iqtisadi zülmü hiss etdiyi və duyduğu bir halda necə səssiz qala bilər?” yazılmış və Ərdəbil meydanlarının birində asılmış pankartda 13 fəalın, o cümlədən Əkbər Nəimi, Əlirza Fərşi, Əkbər Azad, Abbas Lisani, Məhəmməd Eyni, Abbas Nikrəvan, Əli Vasiqi, Rza Vasiqi, Tohid Əmirəmini, Əyyub Şiri, Davud Şiri, Ruzbeh Piri və Əkbər Cahaninin fotoları yer alıb.
Qeyd edək ki, adları çəkilən fəallardan əlavə, təbrizli fəal Cəfər İsmayılzadə də hazırda həbsdədir.
O, iyunun 16-da Təbriz Mərkəzi zindanının karantin bəndinə, daha sonra isə zindanın 3-cü bölməsinə köçürülüb.