Deputatdan qalmaqallı önəri: Ərsiz xanımlar şiə əcnəbilərlə evlənsin

İsfahanın millət vəkilinin subay qızların xaricilərlə evlənməsi haqda açıqlaması təpkilərə səbəb olub.
Əmir Hüseyn Bankipur deyib: “30 yaşdan yuxarı subay qızlar və ya hər hansı səbəbdən boşanmış və ya ərini itirmiş qadınlar ölkədə subay oğlanların azlığını nəzərə alaraq İranı sevən müsəlman və şiə əcnəbilərlə ailə qursunlar”.
O, bunun mədəni inkişafa və beynəlxalq əlaqələrin möhkəmlənməsinə səbəb olacağını vurğulayıb və qeyd edib ki, bununla da ölkədə demoqrafik problem həll olunacaq.
Deputatın açıqlaması sosial şəbəkə istifadəçiləri və siyasi fəalların etirazına və istehzasına səbəb olub.
Hakimiyyətin reformistlər qanadından olan Məhəmməd Əli Əbtəhi bu təklifi qadınlara qarşı təhqir kimi dəyərləndirib.
O, öz Tvitter hesabında yazıb:
“İranlı qızların ən çox kimsənin onların şəxsi həyatına müdaxilə etməməsinə ehtiyacı var,” və artırıb ki, “qız ixrac olunan mal deyil ki, kimsə onları başqa ölkələrdəki şiələrlə evləndirməyə qərar versin”.