İran və Qazaxıstan arasında 9 əməkdaşlıq anlaşması imzalanıb

İran prezidenti İbrahim Rəisi və Qazaxıstan prezidenti Qasım Cömert Tokayevin də qatıldığı mərasimdə 9 müqavilə, əməkdaşlıq protokolu və anlaşma memorandumu imzalanıb.
Mərasim zamanı iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi çərçivəsində mədəniyyət, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, tranzit və nəqliyyat, televiziya və radio yayımı əməkdaşlığı, neft və dəmir yolu sahələrində 9 anlaşma, əməkdaşlıq protokolu və anlaşma memorandumu imzalanıb.
Qazaxıstan Prezidenti Qasım Cömert Tokayev İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə bu gün Tehrana gəlib.