İranda F-14 qırıcı təyyarəsi qəzaya uğrayıb

İranın İsfahan şəhərində F-14 qırıcı təyyarəsi texniki nasazlıq  səbəbindən düşüb.

İran ordusunu İsfahan əyalətindəki hərbi birləşməsinin mətbuat katibi Rəsul Mötəmidniya hadisənin iyunun 18-də yerli vaxtla səhər saat 10:30-da baş verdiyini açıqlayıb.

O, missiya zamanı döyüş təyyarəsinin mühərrikində texniki nasazlıq yarandığını, pilot və ikinci pilotun paraşütlə yerə endiyini deyib.

Sözçü paratüştlə yerə enən pilotların yaralandıqlarını və müalicə üçün xəstəxanaya yerləşdirildiklərini qeyd edib.

Mötəmidniya hadisənin uçuşdan bir neçə dəqiqə sonra mühərrikin dayanması səbəbindən baş verdiyini bildirib.

Bu, son 4 ayda İranın savaş təyyarələrinin 3-cü qəzasıdır. Bundan öncə mayın 24-də İsfahanın Ənarək bölgəsində İran Hava Qüvvələrinə məxsus F-7 tipli qırıcı təyyarə qəzaya uğrayıb. 

Hərbi mütəxəssislərinin fikrincə, F-14 qırıcısının İsfahanda qəzaya uğraması onun köhnəlməsi ilə bağlıdır.

İran Hərbi Hava Qüvvələrinin qırıcı donanmasının 50 ildən çox yaşı var. 1976-cı ildə İrana təhvil verilən F-14 təyyarələri İran-İraq müharibəsi zamanı ölkə səmasını qorumaqda istifadə olunurdu.

 

İlgili xəbərlər