Urmiya gölü ətrafında səhralıq yaranır

 

Güney Azərbaycanın Urmiya (Urmu) gölü ətrafında səhralaşma prosesi gedir.

Şərqi Azərbaycan Əyalətinin Əkinçilik idarəsinin rəhbəri bildirib ki, bölgədə səhralaşmanın getdikcə yayılması açıq-aydın müşahidə edilir.

“Əgər bir gün Şərqi Azərbaycan səhraya çevriləcək deyilsəydi, heç kim inanmazdı, amma bu gün Urmiya gölünün hövzəsində səhra olduğunu görürük,” deyə Əkbər Fəthi qeyd edib.

O, Urmiya gölü su hövzəsində ciddi su və torpaq böhranı mövcud olduğuna toxunaraq əlavə edib: “Şərqi Azərbaycan əyalətinin kənd təsərrüfatı məhsullarının 50%-ni təmin edən bu gölün su hövzəsi ciddi su çatışmazlığı böhranı ilə üzləşib, lakin bu məhdudiyyətlərə baxmayaraq, kənd təsərrüfatı sektoru cəmiyyətin qida ehtiyacını təmin etmək məcburiyyətindədir”.

Qeyd edək ki, İranın Energetika Nazirliyinin iyunun 8-də yaydığı hesabata əsasən, son bir ildə gölün su həcmi 36 % azalaraq 3.02 milyard kubmetrə düşüb.

Gölünün su səviyyəsi isə 1270, 74 metr olmaqla ötən ilin oxşar dövrünə görə 55 santimetr azalıb.

 

İlgili xəbərlər