İran Meşədə Əylənən 120 Təbiət Turistini Həbs edib

İranın əxlaq polisi Xəzər dənizi sahilindəki meşələrdə təbiət turu keçirən 120 nəfəri hicabı pozduqları, birlikdə rəqs etdikləri və spirtli içki qəbul etdikləri üçün həbs edib.

Mazandaran Əyalətinin Ədliyyə rəhbəri Məhəmməd Sadıq Əkbəri mətbuata verdiyi açıqlamada turun iştirakçılarının “cinayət əməlləri törətdiklərini” söyləyib.

Əkbərinin sözlərinə görə, bu əməllərə qohum olmayan kişilər və qadınların birlikdə rəqs etmələri, spirtli içki qəbul etmələri və hicab qaydalarını pozmaq daxildir.

O, cinayət işinin araşdırılması üçün aidiyyəti məhkəmə orqanlarına göndərildiyini bildirib.

İlgili xəbərlər