İranın Müxalif kürd partiyaları yenidən birləşir

 

“İranın Kürdüstan Demokratik Partiyası” ilə “Kürdüstan Demokratik Partiyası”nın yenidən birləşməsi ilə bağlı danışıqlar yekun mərhələyə çatıb.

Bu barədə mərkəzi Londonda olan “İran İnternational” televiziyası mənbələrinə istinadən xəbər verib.

İran Kürdüstan Demokrat Partiyası 2006-cı ildə parçalandı və partiyanın bir qrup köhnə üzvü Kürdüstan Demokratik Partiyası (KDP) adlı yeni qrup yaratdı. İran Kürdüstan Demokrat Partiyasının lideri Mustafa Hicri, Kürdüstan Demokrat Partiyasının lideri isə Xalid Əzizidir.

Hər iki partiyanın siyasi mərkəzləri və bazaları İraq Kürdüstanı bölgəsində yerləşir.

İlgili xəbərlər