Ərdəbil əyalətində saxta spirtli içki 1 nəfərin ölümünə səbəb olub

Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Meşkinşəhrdə saxta spirtli içkidən 31 nəfərin zəhərləndiyini, bir nəfərin isə öldüyünü bildirib.
Məcid Məhəmməd Qəribaninin verdiyi məlumata görə, 20-40 yaş arasında olan həmin şəxslər ad günü məclisində “sənaye spirti”(metanol) içərək zəhərləniblər.
Zəhərlənənlərdən 19 nəfər xəstəxanaya yerləşdirilib ki, onlardan 3 nəfərinin vəziyyəti ağırdır.
Xatırladaq ki, İranda spirtli içki istehsalı qadağan olduğu üçün gizli və qeyri-standart şəkildə evlərdə hazırlanan spirtli içkilər hər il yüzlərlə insanın zəhərlənməsinə və çox sayda vətəndaşın ölümünə səbəb olur.