körfəzdə ABŞ və İran arasında gərginlik -VİDEO

körfəzdə ABŞ-la İran arasında gərginlik yaşandığı və İran silahlı katerlərinin ABŞ gəmilərini sıxışdırdığı iddia edilib.
ABŞ rəsmiləri tərəfindən verilən açıqlamada körfəzdə ABŞ və İran arasında yaşanan gərginlik zamanı İrana məxsus sürət qayıqlarının ABŞ gəmilərinə “təhlükəli və qeyri-peşəkarcasına” yaxınlaşdığı bildirilib.
Məlumata əsasən, Körfəzdə irəliləyən ABŞ-ın “USS Sirocco” patrul gəmisi və “USNS Choctaw County” nəqliyyat gəmisinə 45 metr məsafəyə qədər yaxınlaşan 3 silahlı sürət qayığı, ABŞ gəmilərinin xəbərdarlıq siqnalı və atəşindən sonra istiqamətlərini dəyişiblər. Təxminən bir saatlıq gərginlikdən sonra İran silahlı qayıqları ərazini tərk edib.
ABŞ Hərbi Dəniz Qüvvələri iyunun 20-də baş verənlərin son aylarda ikinci belə hadisə olduğunu açıqlayıb.
Məsələ ilə bağlı Tehran hökuməti hələlik heç bir açıqlama verməyib.