İran Hökumətinə bağlı fondda 200 milyon dollar dəyərində mənimsəmə faktı təsdiqlənib

 

İranın Şəhidlər və Qazilər Fondu bu qurumda müxtəlif mənimsəmə faktlarını təsdiqləyərək, Bu halların yalnız birində məbləğin təxminən 200 milyon dollar olduğunu bildirib.

 

Fondun rəhbəri Əmirhüseyn Qazizadə Haşimi fonda bağlı təkcə “Bank Dey”-də 200 milyon dollar məbləğində pulun mənimsəndiyini açıqlayıb.

“Biz təhlükəsizlik qurumlarından məsələnin araşdırılmasını istədik, bankın rəhbərlərindən ibarət böyük bir qrup həbs edilib,” -deyə o əlavə edib.

Fondun Kövsər İqtisadi Kompleksi, Şəhidlər Fondu Əmlak Təşkilatı, Şahed İnvestisiya Şirkəti, Dey Bank və İran Zəmin Bankı da daxil olmaqla, böyük həcmdə aktivləri olan onlarla şirkətə nəzarət edən iqtisadi qanadı var.

Təxminən 10 il əvvəl İran parlamenti Şəhidlər Fondundakı mənimsəmələri araşdırmaq üçün işçi qrupu yaratdı, lakin onun yekun hesabatı “siyasi təzyiq” səbəbilə açıqlanmadı. İşçi qrupunun rəhbəri daha sonra bildirdi ki, təkcə Dey Bank işində 30-dan çox adam mənimsəmədə iştirak edib.

Qazizadə bildirib ki, “Dey Bank işi sadəcə bir nümunədir. Eyni problemlər Kövsər İqtisadi Kompleksində və Şahed İnvestisiya Şirkətində, eləcə də digər şirkətlərdə də mövcuddur.”

İlgili xəbərlər