İranda ərzaq qiymətlərinin inflyasiyası 80 faizdən çox artıb

Hökumətin əsas mallar üçün idxal subsidiyalarını ləğv etməsindən sonra ölkədə may-iyun aylarında inflyasiya ciddi şəkildə yüksəlib.

Həmin dövrdə ərzaq qiymətlərində 82 faizdən çox artım müşahidə olunub.

İranın Statistika Mərkəzi tərəfindən açıqlanan inflyasiya səviyyəsi, xordad ayındakı (may 20 -iyun 20) qiymətlərin 2021-ci ilin eyni ayı ilə müqayisə əsasında hesablanıb.

Mərkəzin açıqladığı rəqəmlərə görə, 2021-ci ilin eyni ayı ilə müqayisədə ümumi inflyasiya 52.5 faiz, qeyri-ərzaq malları və xidmət sektorunun inflyasiyası isə 36.8 faiz olub.

Bununla belə, Statistika Mərkəzi tərəfindən yayımlanan rəqəmlər artan qiymətlərin real mənzərəsini tam əks etdirmir. Məsələn, hesabatda kirayə haqqının illik 31.7 faiz artım göstərdiyi qeyd olunduğu halda, digər hesabatlarda son bir neçə ayda kirayə haqqının 100 faizə qədər artması vurğulanır.

İlgili xəbərlər