İsrail mediası İranın 2 Müdafiə Nazirliyinin əməkdaşının öldürüldüyünü iddia edib

“i24” saytı “yerli mənbələrə” istinadən xəbər verir ki, iyunun 21-də İranın Müdafiə Nazirliyinin əməkdaşı olan bir alim həmkarı ilə birlikdə Tehranda silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Məlumatda hücumçuların və öldürülənlərin kimliyi barədə hər hansı açıqlama verilməyib.

Son həftələr İranda nüvə, raket və İHA proqramları üzrə bir sıra mütəxəssislər, eləcə də Qüds Qüvvələrinin zabiti şübhəli şəkildə öldürülüb.

Bundan əvvəl İsrailin baş naziri Naftali Bennet Tel-Əvivin İran hökumətinin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əməliyyatlarını sürətləndirdiyini bildirmişdi.

İlgili xəbərlər