İranda 84 nəfər saxta içkidən zəhərlənib: 2 nəfər ölüb

İranın Əhvaz şəhərində 84 nəfər saxta içkidən zəhərlənib, 2 nəfər həyatını, 7 nəfər isə görmə qabiliyyətini itirib.

Ölkənin cənubunda yerləşən Əhvaz Dövlət Tibb Universitetinin Dekan müavini Həbib Həyybər son bir həftə ərzində saxta ispirtli içkidən zəhərlənən 33 nəfərin xəstəxanaya yerləşdirildiyini, 51 nəfərin isə ambulator müalicə aldığını bildirib.

O əlavə edib ki, zəhərlənənlərdən 2 nəfər həyatını itirib, 7 nəfər isə kor olub.

Spirtli içkilərin qadağan olunduğu İranda adətən evdə hazırlanmış və ya qaçaqmalçıların ölkəyə gətirdiyi içkilər istifadə edilir. Zəhərlənməyə səbəb olan içkilərin istehsalında bəzən etil spirtinin əvəzinə metil spirtinin istifadə edildiyi bildirilir.

İlgili xəbərlər