İstanbulda “İsrail vətəndaşlarının terror planı” ilə bağlı əməliyyat: 5 iranlı saxlanılıb

Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd planlanlayan şübhəlilərə qarşı keçirilən əməliyyatlarda 5 nəfər saxlanılıb.

Beylikdüzündə aparılan axtarışlar zamanı 2 səsboğucu, 2 tapança, çoxlu sənəd və rəqəmsal material ələ keçirilib.

İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabitlərindən olan polkovnik Həsən Xodainin ötən ay evinin qarşısında silahlı hücumda həlak olmasından sonra İsrailin xarici işlər naziri Yair Lapid İyunun 13-də İstanbuldakı İsrail vətəndaşlarını “dərhal ölkəni tərk etməyə” çağırmışdı.

İstanbul Əmniyyət müdürlüyündən verilən məlumata görə, Lapidin açıqlamasından sonra sui-qəsd qrupunun tutulması üçün Kəşfiyyat Şöbəsi və Terrorla Mübarizə Şöbəsi müdirlikləri hərəkətə keçdi.

Uzun müddətdir təqib edilən və hücuma hazırlaşan sui-qəsd komandasına qarşı dünən əməliyyat keçirilib.

Əməliyyatda 5 iranlı şübhəli saxlanılıb. Şübhəlilərin Beylikdüzündə yaşadığı ünvanda axtarış aparılıb. Bu axtarışlar zamanı 2 silah, 2 səsboğucu və çoxlu sənəd və rəqəmsal material ələ keçirilib.

Şübhəlilərin polis idarəsindəki sorğusunun davam etdiyi bildirilir.

İsrail mediasının məlumatına görə, Türkiyədə həbs edilən terror qruplaşması İsrailin keçmiş səfirini və onun həyat yoldaşını qaçırmağı planlaşdırıb.

İlgili xəbərlər