Aİ-nin ali nümayəndəsi Borrell nüvə müzakirələri üçün İrana gedir

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell nüvə müzakirələri çərçivəsində İranın paytaxtı Tehrana gedəcək.

Avropa İttifaqından verilən açıqlamaya görə, Birgə Hərtərəfli Tədbirlər Planı (JCPOA) kimi tanınan 2015-ci il nüvə anlaşmasının koordinatoru iyunun 24-25-də Tehranda olacaq.

Borrell İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər İran rəsmiləri ilə danışıqlar aparacaq.

2015-ci ildə İran BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə nüvə proqramına dair saziş imzalayıb. 2018-ci ildə, ABŞ Donald Trampın prezidentliyi dövründə sazişdən çıxıb. Co Bayden prezidentliyə gəldikdən sonra ABŞ-ın razılaşmaya qayıtması üçün İranla danışıqlar başlasa da bu müzakirələrdə irəliləyiş əldə olunmayıb.

İlgili xəbərlər