Mariya Zaxarovanın İrandakı geyim tərzi reaksiyalara səbəb olub

Rusiya xarici işlər naziri ilə birgə Tehrana səfər edən bu ölkənin XİN sözçüsü Mariya Zaxarovanın İran XİN-in binasındakı geyim tərzi İranın daxili mediasının və sosial media istifadəçilərinin reaksiyasına səbəb olub.

Reformist qanada yaxın medias Zaxarovanın İran XİN-də olarkən ölkə qaydalarına görə, hicaba tam riayət olunmayan geyim tərzini tənqid edərkən hakimiyyətə yaxın media onun baş örtüsünə diqqət çəkiblər.

Mövzuya tənqidi yanaşan media və sosial media istifadəçiləri bildiriblər ki, İran hökuməti ölkə vətəndaşlarına hicabla bağlı bu qədər qadağalar qoyduğu halda, necə olur ki, rusiyalı diplomat bu geyimlə rahat şəkildə İranın rəsmi dövlət binasına gedir.

Rusiyalı diplomatın hökumət binasında İslam Respublikasının qaydalarına zidd bir görünüşlə görünməsinə icazə verildiyi halda təxminən 10 gün əvvəl İran Xarici İşlər Nazirliyinin mühafizə xidməti qısaqol köynək geyən kişi jurnalisti binaya buraxmamaqla hədələmişdi.

İlgili xəbərlər