İranın təhsil nazirliyi: Kişi müəllimlərin qızlara dərs keçməsi qadağandır

İranın Təhsil nazirinin orta təhsil müəssisələri üzrə müavini Məhəmmədmehdi Kazemi bildirib ki, kişi müəllimlərin qız məktəblərində dərs deməsi qadağan edilib.
O bildirib ki, qadağa ilə bağlı sərəncam mayın 18-də bütün təhsil müəssisələrinə göndərilib.
Kazemi əlavə edib ki, qadağa bütün məktəblərə, o cümlədən də özəl təhsil ocaqlarına aiddir.
O, məktəb direktorlarını və bölgə təhsil müdirlərini qızların orta məktəblərində kişi müəllimlərin dərs deməməsinə nəzarət etməyə çağırıb.
Təhsil ekspertləri İranda məktəblərdə tətbiq edilən gender seqreqasiyası siyasətini qeyri-konstruktiv hesab edir. Onların fikrincə, bu ayırım şagirdlərin xarakterinə, eləcə də sosial inkişafına mənfi təsir göstərir.