“Qərb düşməni” ölkədə Qərb trendləri

Keçən günlərdə İranın paytaxtı Tehran şəhərinin mərkəzi küçələrinin birində iki gənc qız “Free Hugs(sarılmaq bədava)” kampaniyası keçirib.

Hicabsız olan həmin gənc qızlar əllərində farsca “Sarılmaq bədava” və “sarılmaq hamı üçün” pankartları götürüb.

“Qərb və Avropa ölkələri tərzində geyinən” bu gənclərin görüntüləri sosial şəbəkələrdə yayılıb və bəzi mühafizəkar xəbər saytlarının reaksiyasına səbəb olub.

Sarılmaq Bədava Kampaniyası 2004-cü ildə ictimai yerlərdə yad insanlara qucaqlaşma təklif edən şəxslərin təşəbbüsü ilə başladı.

Təşəbbüsçülər bunun məqsədinin başqalarının özlərini daha yaxşı hiss etməsi üçün keçirilən xeyirxah addım olduğunu bildirirlər.

Beynəlxalq Pulsuz Sarılmaq Ayı iyulun ilk şənbə günü qeyd olunur və avqustun birinə qədər davam edir.

İlgili xəbərlər