SEPAH-da siyasi zəlzələ davam edir: Xameneinin mühafizə xidmətinin komandanı vəzifəsindən azad edilib

SEPAH-ın mətbuat xidmətindən verilən açıqlamaya görə, ölkə rəhbərinin mühafizəçilərinin komandanı İbrahim Cabbari vəzifəsindən azad edilib.
Məlumata əsasən, Həsən Məşruifərd, Əli Xameneinin, eləcə də Rəhbər Administrasiyasının mühafizəsinə cavabdeh olan SEPAH-ın “Vəliye-Əmr” birləşməsinin komandanı təyin edilib.
Birləşmənin 12 min əməkdaşı olduğu təxmin edilir.
İbrahim Cabbari, Xameneinin ikinci oğlu Müctəbanın ətrafında birləşən və mediada “Həbib Batalyonu” kimi tanınan kəşfiyyat-təhlükəsizlik qüvvələrinin ən radikal rəhbərlərindən ibarət şəbəkənin üzvü idi.
Onun işdən azad edilməsi, “Həbib Batalyonu” şəbəkəsinin digər üzvü, İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinin rəisi Hüseyn Taebin vəzifədən kənarlaşdırılmasından iki gün sonraya təsadüf edir.

Həsən Məşruifərd