Şirazda hicabsız toplantı keçirən yeniyetmələr həbs edilib  -VİDEO

İranın Şiraz şəhərində yeniyetmələrin keçirdiyi “2000- 2010–cu illərdə dünyaya gələnlərin toplantısı” adlı mitinqlə bağlı videoların yayılmasından sonra bir neçə nəfər saxlanılıb.

Şirazın “Çəmran” küçəsində onlarla yeniyetmənin iştirakı ilə keçirilən toplantıda qızların əksəriyyəti hicabsız olub.

Şiraz şəhərinin İcra Başçısı Lütfullah Şeybani həmin toplantıda iştirak edən yeniyetmələrin bir neçəsinin  həbs edilərək məhkəmə orqanlarına verildiyini deyib.

“Yeniyetmələrin bu hərəkəti qanuna və dini dəyərlərə ziddir. Belə hərəkətlər hətta İslamdan öncə də İranda olmayıb. Bu kimi addımları şiddətlə qınayırıq və onu planlaşdıranlara qarşı hüquqi tədbir görüləcək, – deyə o, bildirib.

Şeybani əlavə edib ki, bənzər hərəkətlərin növbəti günlərdə keçiriləcəyi də palnlaşdırılmışdı.

O, bildirib ki, yeniyetmələrin bundan sonrakı oxşar aksiyalarının qarşısını almaq üçün aksiya təşkilatçısının kimliyi müəyyənləşdirilib və məsuliyyətə cəlb olunub.

İlgili xəbərlər