SEPAH-ın Kəşfiyyat Mühafizəsi İdarəsinə yeni rəhbər təyin edilib

İran rəhbəri Əli Xameneinin sərəncamı ilə Məcid Xademi SEPAH-ın Kəşfiyyat Mühafizəsi İdarəsinin rəhbəri təyin edilib.

Xademi daha əvvəl Müdafiə Nazirliyinin Kəşfiyyat Mühafizəsi İdarəsinin rəhbəri olub.

O, keçən həftə SEPAH-ın Kəşfiyyat rəisi təyin edilən briqada generalı Məhəmməd Kazemini əvəz edib.

Uzun illər SEPAH-ın Kəşfiyyat Mühafizəsi İdarəsinə rəhbərlik edən Kazemi 12 il SEPAH-ın kəşfiyyat rəisi olan Hüseyn Taebin vəzifəsindən kənarlaşdırılması ilə onun yerinə təyin olunub.

İlgili xəbərlər