Urmu gölündən qaynaqlanan toz fırtınaları şiddətlənib

Son məlumatlara görə, Urmiya (Urmu) gölü İranda toz hissəciklərinin əsas mənbəyinə çevrilib.
İranın Meteorologiya Təşkilatının yayımladığı son ekoloji xəritədə göl və çevrəsində toz hissəcikləri miqdarının göstəricisinin 300-dən yuxarı olduğu müşahidə olunur.
Havanın keyfiyyət indeksi sıfırdan 50-yə qədər təmiz hava (yaşıl), 51-dən 100-ə qədər sağlam hava(sarı), 101-dən 150-yə qədər həssas qruplar üçün qeyri-sağlam (narıncı), 151-dən 200-ə qədər hamı üçün qeyri-sağlam(qırmızı), 201-300-ə qədər çox zərərli(bənövşəyi) və 301-dən 500-ə qədər çox təhlükəli olaraq müəyyənləşdirilib.
Həmin göstəricilərə əsasən göldən qaynaqlanan duz və toz fırtınaları şiddətlənib və gölün ətrafında hava çirkliliyinin indeksi təhlükəli səviyyəyə çatıb.