Rusiya İranın “BRICS” Təşkilatına üzvlük üçün müraciət etdiyini təsdiq edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İran və Argentinanın BRICS-ə üzvlük üçün müraciət etdiklərini təsdiqləyib.

Mariya Zaxarova Telegram kanalında, Argentina və İranın Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu BRICS-ə üzvlük üçün müraciət etdiyini təsdiqləyib.

İranla bərabər Argentina da BRICS-ə üzvlük üçün müraciət edib.

Qeyd edək ki, BRICS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın ingiliscə adlarının baş hərflərindən ibarət inkişaf etməkdə olan iqtisadi güclərin rəhbərlik etdiyi qrupun adıdır.

İlgili xəbərlər