Sulduzlu fəal həbs cəzasına məhkum edilib

Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərinin II Cəza Məhkəməsinin 102 saylı bölməsi milli-mədəni fəal Ehsan Məliki barəsində 91 gün həbs qərarı çıxarıb.

Bu barədə Ehsan Məliki özünün sosial media hesabında etdiyi paylaşımda bildirib.

O öz İnstagram səhifəsində, mədəni fəallardan Əli Hacıməhəmmədinin saxlanılması ilə bağlı xəbər yaydığı üçün həbs cəzasına məhkum edildiyini qeyd edib.

Məliki “kiber məkanda yalan məlumat yaymaq”da günahlandırılıb.

Verilən həbs cəzası bir il müddətinə təxirə salınıb.

Bu arada Təbrizdən verilən məlumata əsasən, gənc fəal Hamid Əsğəri iyunun 27-də İran Təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və bir neçə saatlığına dindirilib.

Bir neçə saatlıq sorğu-sual edildikdən sonra sərbəst buraxılan Əsğərinin saxlanılmasının Babək  qalasında keçiriləcək qurultaya hazırlıq işləri ilə bağlı olduğu ehtimal edilir.

Hamid Əsğəri

İlgili xəbərlər