Xameneinin müşaviri: Azərbaycanın İsraillə münasibəti bizi onlardan ayırır

İranın liderinin ali müşaviri Əliəkbər Vilayəti Azərbaycan-İsrail əlaqələrini tənqid edib.
İranın “Ettelaat” qəzetinə verdiyi müsahibəsində deyib ki, “bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir”.
Vilayəti Azərbaycanla xoş niyyətli münasibətdə olmaq istədiklərini, ancaq bunun iki tərəfin siyasətlərinin bir-birinə uyğunlaşdırmaq anlamına gəlmədiyini bildirib.
“Biz müsəlman ölkələrinin İsraillə münasibət qurmalarını qəbul edə bilmərik. İsraillə əlaqədə olan ölkə bir o qədər də bizdən uzaq sayılır”, -deyə Xameneyinin müşaviri qeyd edib.
O həmçinin bildirib ki, İranı Azərbaycan Respublikası ilə yaxınlaşdıran amil “ortaq din, tarix, məzhəb, mədəniyyət və dildir”.