Güneyli incəsənət xadimi həbs edildi

Kəleybərli sənətçi və milli-mədəni fəal Mahmud Mahmudi (Ərkin Haray) İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Məlumata əsasən, Mahmudi iyunun 22-də axşam saatlarında saxlanılıb. Təhlükəsizlik məmurları milli fəalın ailəsinə təzyiq göstərərək onun saxlanılma xəbərinin yayılmamasını tələb ediblər.

Son məlumatlara əsasən, Mahmudi iki gün əvvəl Əhər həbsxanasına köçürülüb.

Onun saxlanma səbəbləri ilə bağlı təhlükəsizlik və məhkəmə orqanları heç bir məlumat vermir.

Bəzi mənbələr Mahmudinin Babək qalasına illik yürüşə hazırlıq işlərinə görə həbs edildiyini güman edir.

Yurd.info-ya məlumat verən güneyli fəallardan biri, sənətçinin son günlərdə çəkdirdiyi milli məzmunlu kliplə bağlı saxlanıldığı ehtimalını irəli sürüb, onun “qanunsuz qrup yaratmaqda” ittiham edildiyini bildirib.

Mahmud Mahmudi bundan öncə mədəni fəaliyyətlərinə görə, dəfələrlə təhlükəsizlik idarəsi tərəfindən çağırılıb və həbs edilib.

 

İlgili xəbərlər