İran-Qərb nüvə müzakirələri yenidən dayandırıldı

Qətərin paytaxtı Dohada ABŞ-la İran arasında birbaşa olmayan nüvə müzakirələri nəticəsiz sona çatıb.

Bu barədə SEPAH-a bağlı Təsnim xəbər agentliyi məlumat verib.

Dünən və bu gün keçirilən danışıqlarda  İranı bu ölkənin baş müzakirəçisi Əli Baqeri Kəni, ABŞ-ı isə  İran üzrə xüsusi nümayəndə Robert Malli təmsil edib.

Tərəflər Avropa İttifaqının nümayəndəsi və BMT Təhlükəsizlik Şurasının nüvə məsələləri üzrə koordinatoru Enrike Mora vasitəsilə əlaqə saxlayıb.

Təsnimin verdiyi məlumata görə, “danışıqların nəticəsiz qalmasına səbəb ABŞ-ın daha əvvəl Vyana danışıqlarında irəli sürdüyü mətn üzərində israr etməsi, həmin önərilən mətndə İranın iqtisadi faydası üçün təminatların  verilməməsi ” olub.

“Bayden hökumətinin zəifliyi və yekun qərar qəbul edə bilməməsi səbəbindən… Doha görüşünün də çıxılmaz vəziyyətdən çıxmağa heç bir təsiri olmadı”, – Tasnim xəbər agentliyi bildirib.

İlgili xəbərlər