İranda yoxsulluq üzündən ailələrini atan kişilərin sayı artır

İran Sosial Yardım Dərnəyinin sədri Həsən Musəvi Çələk ölkədə yoxsulluq üzündən ailələrini atan kişilərin sayının artmaqda olduğunu bildirib.

“Daha ictimai araşdırmaların nəticələrini yaymağa cəsarət etmirik. Vəziyyət hər il ötən ilə görə daha da pisləşir”, -deyə o, əlavə edib.

Ölkədə sosial problemlərin artan tendensiyasından danışan Musəvi Çələk, intihar, məişət zorakılığı, ailədaxili münaqişə, gələcəyə ümidsizlik, vətəndaşların ortaq mənzillərdə yaşama məcburiyyəti, gecəqonduların artması və s. kimi faktorların yayılmasını yoxsulluğun cəmiyyətdə geniş miqyasda yayılmasının nəticəsi olaraq dəyərləndirib.

İlgili xəbərlər